Trump: “Çin öz öhdəliklərini yerinə yetirmir “

  • By admin
  • 27 May 2016 11:27

Donald Trump

 

ABŞ prezidentliyinə namizəd olan Donald Tramp Şimali Dakotada keçirilən konfrans zamanı diqqətçəkən fikirlər səsləndirib. Gununsesi.info Amerika mətbuatına istinadən xəbər verir ki, namizəd öz çıxışında bunları qeyd edib:

 

“Prezident seçilsəm, iqlim dəyişikliyi ilə bağlı imzalanmış Paris razılaşmasından imtina edəcəyəm. Bu, ABŞ üçün uğurlu razılaşma deyil. Lakin buna baxmayaraq, biz, razılaşmanın şərtlərini yerinə yetiririk. Çin isə öz öhdəliklərini kifayət qədər yerinə yetirmir”.

 

Qeyd edək ki,  iqlim dəyişikliyi ilə bağlı 2015-ci ilin dekabrında Parisdə Çin və ABŞ kimi lider ölkələr tullantıların azaldılması və ətraf mühitin qorunmasıyla bağlı ilk dəfə olaraq  razılaşmaya imza atmışdılar.