Ali Məhkəmə həbsdəki jurnalistin kassasiya şikayətinə baxacaq

  • Müəllif: admin
  • 03 Oktyabr 2025 18:31

Teymurun həbsdən azad olunması üçün Prezident İlham Əliyevə, Əfv Komissiyasına çoxsaylı  müraciətlər etmişik. Noyabrın 7 -də hakim İlqar Cəfərovun sədrliyi ilə onun kassasiya şikayətinə baxılacaq. Heç olmasa ədaləti Ali Məhkəmədə təmin etsinlər”

Bunu Gununsesi.info-ya açıqlamasında hazırda həbsdə olan jurnalist Teymur Kərimovun həyat yoldaşı Aynur Kərimova deyib.

Həyat yoldaşının həbsindən sonra çətinliklə yaşadıqlarını deyən Aynur Kərimova bildirib ki, özü də onkoloji xəstəlikdən əziyyət çəkir:”4  azyaşll uşaqla durumumuzu təsəvvür etmək çətin deyil. Teymurun fəaliyyətində dövlətə, dövlətçiliyə qarşı heç nə olmayıb. İki ildir ki, onu həbsdə saxlayırlar. Heç olmasa Ali Məhkımə ədaləti bərpa eləsin, onu azadlığa buraxsınlar”.

 

Firuzə Mahmudova

Gununsesi.info