Akayevin “yolu”yla gedən Atambayev VƏ YA KƏRİMOVLA NAZARBAYEVİN KİŞİLİYİ!

  • Müəllif: admin
  • 04 Mart 2017 18:38

sammit-ilya-iat

Yəqin xatırlayanların yadında olar, qardaş və dost ölkə olan Qırğızıstanın prezidenti Almazbek Atambayev bir neçə il öncə Azərbaycana ilk rəsmi səfərini reallaşdırmışdı. Və rəsmi-əvvəlcədən razılaşdırılmış protokol qaydasına, səfər qrafikinə uyğun olaraq Milli Məclisə (MM) də təşrif buyurmuş və parlamentarilər qarşısında geniş nitq söyləmişdi…

Onun nitqi, çıxışı da o zaman hamını-hamımızı sözün yaxşı mənasında kövrəltmişdi…Çünki Türk Dünyası, onun inkişafı, gələcəyi, türkçülüklə bağlı sözləri hamının – yenə də sözün yaxşı mənasında qəlbinə toxunmuş və uzun sürən alqışlara səbəb olmuşdu…Yəni, Atambayev Azərbaycan xalqının, Azərbaycan cəmiyyətinin gözündə bir andaca çox yüksək zirvəyə qalxmışdı…

ilham_atambayev_2

Amma və lakin…

Çox böyük təəssüflər olsun ki,  o da sonunda bir vaxtlar Qırğızıstana rəhbərlik etmiş və 2005-ci ilin  məlum “Qızılgül inqilabı”ndan sonra devrilmiş Əsgər Əkəyevin (Akayevin) yoluyla getdi… Yenə də, xatırlayanların yadında olar, ötən əsrin sonlarında, səhv etmirəmsə, 1997-ci ilin qışında  Ermənistana səfər edən Akayev o vaxt  çox  böyük siyasi və mənəvi qəbahətə, xətaya, rəzilliyə yol verərək,  İrəvanda uydurma  “erməni soyqırımı” qurbanlarının xatirəsinə ucaldılmış abidədini ziyarət etmiş, əklil qoymuş, baş əymişdi… Bu da o zaman həm Azərbaycan cəmiyyətində çox kəskin etiraz və təpkiylə qarşılanmış, həmçinin, Türkiyə və Qırğızıstan cəmiyyətində…

akayev

Heç kim bunun izahını və bəraətini də tapa bilmirdi…Bir Türk dövlətinin lideri  zaman-zaman (elə indinin özündə də) əli türk qardaşlarının qanına bulşmış erməni cəlladlarının xatirəsinə ucaldılmış abidəni hansı ağılla və hansı məntiqlə necə ziyarət edə bilərdi, bunu heç kim (haqlı olaraq) anlaya və qəbul edə bilmirdi, bilməmişdi…

İndi isə Atambayev ondan-Akayevdən daha böyük yanlışlığa yol verdi… Onun cəmi iki gün öncə öz işini başa vuran İqtisadi Əməkdaşlıq Təşkilatının Sammitində qəbul edilən qətnaməyə münasibətdə sərgilədiyi mövqe Atambayevin o zamankı səmimiyyətinə, sözlərinə, vədlərinə çox böyük şübhələr yaratdı…

Şəxsi maraqlar naminə dövləti və milli maraqları təhlükə və ayaqlar altına atmaq olmaz…Xüsusilə də, dövlət liderləri bundan uzaq durmağa çalışmalıdır  və daha çox da  qardaş, yəni,  qanı-qanından, dini dinindən, canı-canından olan dövlətin (dövlətlərin) lideri (liderləri)… Ancaq çox təssüf ki, Atambayev də şəxsi, dar və cılız maraqları naminə dövləti, milli maraqları təhlükə və ayaqlar altına atdı…Çox təəssüf, çox!!!

kerimov ve nazarbayev

Yeri gəlmişkən, diktator adlandırılan, ancaq qardaş özbək xalqı-özbək türkləri üçün çox böyük işlər görmüş, ölkəsini təhlükələrdən qorumuş mərhum İslam Kərimov və Türk Dünyasının həqiqi ağsaqqallarından olan Qazaxıstan prezidenti Nursultan Nazarbayev (onu da diktator adlandırırlar…) Azərbaycan (Qarabağ) məsələsində daim KİŞİ kimi hərəkət etdilər!!!

Kamil HƏMZƏOĞLU

Gununsesi.info