
Süni qiymət artımı isə xüsusən də, aztəminatlı təbqənin əlindəki pul vəsaitinin əyri yolla onun əlinədn alınması hər il aztəminatlı ailələrin büdcəsinə milyardlarla ziyan vurmaq deməkdir.
Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib.
Onun sözlərinə görə, Azərbaycanda qiymətlər əsasən 4 amilin təsiri ilə artır: “Birincisi ölkə iqtisadiyyatında gedən proseslərin təsiri ilə. İkincisi, dolların məzənnəsinin manata nisbətdə bahalaşması nəticəsində xaricdən gətirilən malların da qiymətinin artmasının təsiri ilə. Üçüncüsü, xaricdən alınan xammal və sair əsasında ölkəmizdə istehsalı təşkil olunan malların qiyməti də qalxır. Dördüncüsü isə monopolostlər və sair fürsətdən istifadə edib dollar 1 faiz bahalaşanda elə olur ki, qiymətləri 2-3 faiz artırırlar”.
Millət vəkili əlavə edib ki,əvvəllər dolların bahaşalşamsı bəhanə gətirilərək ziyana düşmməmək üçün qiymət artımı deyirdilər. “Əvvala onu deyim ki, Azərbaycandan başqa dolların məzənnəsinin bəhanə gətirib qiymətləri daim artıran digər ölkələrin adını çəkmək çətindir. Düzgün və tədbirli sahibkar malın qiymətini qaldıranda təkcə dolların məzənnəsini yox, həm də ödəniş qabiliyyətli tələbi nəzərə alır ki, daha çox mal satıb qiymət artımından daha çox dövriyyənin genişlənməsindən qazansın. Çünki bir kilosu 1 manata satılan bir malın qiymətini 1 manat 50 qəpiyə qaldıranda, artıq həmin maldan qiymət 1 manata olan zamnadakı kimi, 100 kilo yox, 60 kilo satıb 90 manat, yəni əvvəlkindən 10 manat az qazanırsan. Qiyməti azaldanda isə dövriyyəni artırıb 120 manat qazana bilər. Fevral mart aylarında dolların manata nisbətdə məzənnəsində elə bir dəyişiklik olmayıb. Zaman çox keçdiyindən anbarlardakı malların çoxu satılıb. Ona görə də “malı dollar baha olanda gətirmişəm” bəhanəsi artıq işləmir. Bu baxımdan son bir ayda qiymət artımın sadaladığı 4 amili içərisində süni qiymət artımının payı üstünlük təşkil edir”- deyə, millət vəkili vurğulayıb.
Millət vəkili hesab edir ki, xəfif inflyasiya iqtisadi fəallığa və iqtidisadiyyatın inkişafına müsbət təsir göstərir. “Süni qiymət artımı isə xüsusən də aztəminatlı təbqənin əlindəki pul vəsaitinin əyri yolla onun əlinədn alınması hər il ailə büdcəsinə milyardlarla ziyan vurmaq deməkdir. Monopolistlərin bu əməlindən ailələrinə çörəkpulu aparan mağaza sahibləri də əvvəlkindən xeyli az mal satmağa başladığından əziyyət çəkirlər. Ona görə də bizim iradımız mağazalarda işləyənlərə yox,onlara daim artan qiymətlərlə mal göndərənlərdir. Mağazada işləyənlər sadəcə həmin daim yüksələn qiymətə 5-10 faiz əlavə edib malı satmaq istədikdə görür ki, əvvəlkindən xeyli az mal sata bilir və gəliri azalır”- deyə, Ə.Məsimli bildirib.
Millət vəkili onu da deyib ki, qarşıdan Novruz bayramı gəlir: “Dünyanın əksər ölkələrində bayramlar zamanı qiymətlər nəzərə çarpan dərəcədə aşağı salınır ki, satılan malların həcmi artsın, sahibkar dövriyyəni artırıb daha çox qazansın, həm də hamı- yoxsul da,ortabab da bayramdan faydalana bilsin. Bizdə isə əks inədır. Bəzi nüansları çıxmaq şərtilə qiymətlər bayram ərəfəsində daha çox artır. Bunun qarşısı həm köklü surətdə islahatları dərinləşdirib genişləndirməklə, həm yerli istehsalı inkişaf etdirməklə, həm də aidiyyatı dövlət qurumlarının nəzarət fəaliyyətinin səmərəsini artırmaqla alınmalıdır”.
Mürtəza
Gununsesi.info







