Aleksandr Lapşin ailəsi ilə telefonla danışıb

  • Müəllif: admin
  • 06 Mart 2017 16:33

lapsin

Aleksandr Lapşinə ailəsi və yaxınlarıyla telefon əlaqəsi yaratmağa icazə verilib.

Gununsesi.info-nun xəbərinə görə, bu haqda onun sosial şəbəkədəki səhifəsini idarə edən həyat yoldaşı Yekaterina Lapşina yazıb:

“Nəhayət, Saşaya zəng etməyə icazə verdilər. Doğrudur, bu zənglər  tez-tez və uzun müddətli olmasa da, hər halda  Saşayla birbaşa  söhbətə imkan yaranacaq.  Ona çadırım ki, tək deyil, yaxınları və əzizləri onun üçün narahatdırlar və dəstəkləyirlər. Bir az söhbətləşdik, deyə bilərəm ki,sağ-salamatdır, baş verənlərə baxmayaraq, səsi gümrahdır. Bütün bunlarla yanaşı, inanıram ki, tezliklə biz yenidən maraqlı yerlərdən reportajlar görəcəyik, baş verənləri isə pis yuxu kimi unudacağıq”.

Gülnaz Qənbərli

Gununsesi.info