
Müğənni, rejissor Mahsun Kırmızıgülün yanvarın 25-dən etibarən kinoteatrlarda nümayiş edilən “Vezir parmağı” (“Vəzir barmağı”) filmi istənilən reytinqi verməyib.
Gununsesi.info sondakika.com-a istinadən xəbər verir ki, 5 həftə keçməsinə baxmayaraq, film kifayət qədər izləyici toplaya bilməyib.
14 milyon lirəyə (təxminən 7 milyon manat) başa gələn film, nəinki, qazanc əldə edə bilib, hətta xərclənən gəlir qarşılanmayıb.
İddialara görə, Mahsun Kırmızıgülə son filminə görə 7 milyon lirə (təxminən 3,5 milyon manat) məbləğində zərər dəyib.
Gununsesi.info












