Oğurluqda şübhəli bilinən şəxslər tutulub

  • By admin
  • 09 Mart 2017 12:56

ogru-1

Azərbaycanda oğurluqda, quldurluqda və soyğunçuluqda şübhəli bilinən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, martın 8-də metronun “Nizami Gəncəvi” stansiyasında qatarda Ağsu rayon sakini Camo Qəniyevin cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Nazim Tağıyev Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.

Bundan başqa Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 27-də Xocasən qəsəbəsi ərazisindəki evləri elektrik enerjisi ilə təmin edən naqilin 327 metrlik hissəsini kəsərək oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri Maarif Cəfərov, Elman Əsədullayev və əvvəllər məhkum olunmuş İsrafil Ağaverdiyev tutulublar.

Eyni zamanda martın 7-də Abşeron rayonunun Hökməli qəsəbəsində yaşayan Sahibə Mirzəyevanın evinə pəncərədən girən naməlum şəxs ona zor tətbiq edərək qızılların yerini deməsini tələb edib, lakin səs-küy yarandığından hadisə yerindən qaçıb.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən ev sahibinin qohumu Səbuhi Həmidov saxlanılıb.

Həmçinin Gəncə Şəhər Baş Polis İdarəsi, Nizami və Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabr ayının 19-da şəhər sakini Vilayət Abbasovun 4.000 manat, 67 ABŞ dolları və 11.150 rubl pulunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Samux rayon sakini, əvvəllər məhkum olunmuş Yaşar Nağıyev və Abbas Abbasov tutulublar.

Anar
Gununsesi.info