Deputatlar Almaniyaya yola düşür

  • Müəllif: admin
  • 09 Mart 2017 20:45

25653485271028b9e43f1383137931_millimec

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və deputat Rövşən Rzayev martın 9-da Almaniyanın paytaxtı Berlinə səfər edəcəklər.

Parlamentdən Axar.az-a verilən məlumata görə, deputatlar Almaniya Bundestaqında olacaqlar, həmkarları ilə bir sıra görüşlər keçirəcəklər.

Görüşlərdə iki ölkə arasında parlament əlaqələrinin möhkəmləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq, qanun yaradıcılığı sahəsində qarşılıqlı təcrübə və informasiya mübadiləsi aparılacaq.

Səfər martın 15-də başa çatacaq.

 

Gununsesi.info