Bu gün Putinlə Sarkisyan Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər

  • Müəllif: admin
  • 15 Mart 2017 08:24

putin sarkisyan

Rusiya prezidenti Vladimir Putin və onun erməni həmkarı Serj Sarkisyan bu gün Moskvada Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edəcəklər.

Gununsesi.info publika.az-a istinadən xəbər verir ki, tərəflər həmçinin siyasi, iqtisadi-ticarət və humanitar-mədəniyyət sahələrində ikitərəfli əməkdaşlığın əsas məsələlərini müzakirə edəcəklər.

Bundan başqa, Avrasiya məkanında inteqrasiyanın inkişafının perspektivləri müzakirə ediləcək.

Gununsesi.info