
Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan dünənki mitinqdə yenə Hollandiyanı tənqid edərək belə bir fikir söylədi: “Bosniyada Srebrenitsa qətliamını Hollandiya və hollandlar törətdilər”.
Gununsesi.info Axar.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Türkiyə Prezidenti Ərdoğanın serblərin törətdiyi qətliamda hollandların adını çəkməsi məsələsinə aydınlıq gətirərkən deyib.
Politoloq bildirib ki, Ərdoğan haqlıdır: “Yaxın tarixdən başı çıxanlar bilir ki, Srebrenitsa qətliamını 1995-ci ildə serb silahlı millətçiləri həyata keçiriblər. Ancaq Ərdoğan bir məsələdə haqlıdır. Qətliamın baş verməsində hollandların qorxaqlığı öz rolunu oynadı. Deməli, Srebrenitsa şəhərini BMT-nin 400 hollandiyalı sülhməramlısı qorumalıymış. Ancaq hollandlar bir güllə belə atmadan şəhəri serblərə təslim edirlər və Srebrenitsadan dovşan qaçan kimi uzaqlaşırlar. Sonrası bəllidir, Srebrenitsanın 8 mindən çox dinc vətəndaşı vəhşicəsinə qətlə yetirilir. Hollandiya hökuməti indiyənə qədər bunun cavabını verməyib ki, Srebreniitsanı niyə başkəsənlərə təslim etdilər?”
Gununsesi.info










