
Bakı İdman Sarayında yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi davam edir.
Güləş Federasiyasından Gununsesi.info-ya verilən məlumata görə, ikinci yarış günündə 69, 76, 85 və 100 kq çəkidə yunan-Roma, 42, 46 və 50 kq çəkidə sərbəst güləş üzrə 164 pəhləvan mübarizə aparır.
Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar medal və diplomla yanaşı, AGF tərəfindən pul mükafatı ilə də təltif olunur və yığma komandanın heyətinə cəlb olunur.
Yarışların son günündə isə, 54, 58, 63, 69, 76, 85 və 100 kq çəki dərəcəsində sərbəst güləşçilər xalça üzərində çıxacaq.
Anar
Gununsesi.info










