Messi karyerasını başa vurduğunu açıqladı

  • Müəllif: Firuzə
  • 31 Avqust 2026 21:45

Lionel Messi Argentina milli komandasında karyerasını başa vurduğunu açıqlayıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə ulduz futbolçu “Instagram” hesabında paylaşım edib.

Messi milli komanda üçün bacardığı hər şeyi etdiyini və artıq komandaya verə biləcəyi heç nəyin qalmadığını bildirib.

Argentinalı ulduz milli komandada 207 oyun keçirib, 125 qol vurub və komandanı 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında çempionluğa aparıb.

“Zaman keçir, səhifələr çevrilir və bu səhifədən ayrılmaq mənə çox ağrılıdır. Mən milli komanda üçün hər şeyimi verdim, artıq ona verə biləcəyim heç nə qalmayıb. Bundan əlavə, arxamca şans verilməsinə layiq olan möhtəşəm gənc futbolçular gəlir”, – deyə səkkizqat “Qızıl top” sahibi bildirib.

Gununsesi.info