Putinlə görüşdə Paşinyandan mühüm Qarabağ açıqlaması

  • Müəllif: Firuzə
  • 01 Aprel 2026 20:15

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanda “Qarabağ hərəkatı”na son qoyulmasının vacibliyini bildirib.

 

 Gununsesi.info   xəbər verir ki, bu barədə Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı danışıb.

Paşinyan bildirib ki, o artıq Ermənistanda açıq şəkildə bəyan edib ki, “Qarabağ hərəkatı”nı davam etdirməməlidirlər: “Çünki Ermənistan və Azərbaycan Alma-Ata Bəyannaməsi çərçivəsində bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyıblar”, – deyə baş nazir əlavə edib.

“İrəvan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb”, – deyə Paşinyan vurğulayıb.

Gununsesi.info