
AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva 17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin Hollandiyada keçiriləcək 1-ci qrupunun oyunlarına təyinat alıb.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) Gununsesi.info-ya verilən məlumata görə, Könül Mehtiyeva martın 27-dən aprelin 1-dək keçiriləcək oyunlarda UEFA nümayəndəsi olacaq. Bu qrupda Hollandiya, Avstriya, İsveçrə və Sloveniya yığmaları mübarizə aparacaq.
Anar
Gununsesi.info











