Azərbaycanın finalda rəqib Rusiyadır

  • Müəllif: admin
  • 17 Mart 2017 11:40

unnamed (1)

İran İslam Respublikasının Abadan şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları keçirilir.

Güləş Federasiyasından Gununsesi.info-ya verilən məlumata görə, yığma komandamız Türkiyə, Belarus və Ukrayna idmançıları ilə B yarımqrupunda mübarizə aparır.

Qrupda keçirilən görüşlərdə güləşçilərimiz ardıcıl olaraq Türkiyə, Belarus və Ukrayna yığmaları üzərində 5:3 hesablı qələbə qazanıb və qrup birincisi kimi finala yüksəlib.

Finalda güləşçilərimiz digər yarımqrupun birincisi Rusiya yığma komandası ilə qarşılaşacaq.

Anar
Gununsesi.info