“Mənim nə çayxanam, nə də mağazam var” -ARİF BABAYEV

  • By admin
  • 17 Mart 2017 11:46

 

arifbab

 

“Azərbaycanın başqa bir yerində, nə də “Dostluq” kinoteatrında mənə məxsus çayxana, mağaza yoxdur. Mən çalışmışam öz sənətimlə xalqıma xidmət edəm. Başqa bir şey barəsində düşünməmişəm. Bütün əməyimi sənətə həsr eləmişəm”.

Bu sözləri Gununsesi.info-ya açıqlamasında xalq artisti Arif Babayev “Dostluq” kinoteatrı ilə birlikdə ona məxsus çay evinin sökülməsi barədə xəbərimizə aydınlıq gətirərkən deyib.

Qeyd edək ki, iş adamları tərəfindən alınan “Dostluq” kinoteatrının sökülərək yerində yaşayış binasının tikintisi planlaşdırılır.

Orada 119 saylı Ağdam Seçki Dairəsinin 36 saylı məntəqə seçki komissiyası,  Bakı Bələdiyyə Teatrı və Çay evi fəaliyyət göstərir.

Bununla bağlı xəbərimizdə anlaşılmazlıq nəticəsində həmin çay evinin xalq artistinə məxsus olduğu qeyd olunurdu. Əməkdaşımızla söhbətində isə Arif Babayev çay evinin qardaşı Akif Babayevə aid olduğunu deyib.

Gununsesi.info