İlanlar kəndə hücum edib

  • By admin
  • 17 Mart 2017 11:52

ilan

Təmas xəttinə yaxın kəndlərdə iri ilanlar peyda olub.

Gununsesi.info ARB TV-yə istinadən xəbər verir ki, Tərtər rayonunun Qapanlı kəndində evlərdə ilanlar peydə olub. Bu ilanlar həm iriliyi, həm də insanlara hücumu ilə diqqət çəkib. Kənd sakini Məhəmməd Həsrətov ev quşlarına hücum edən ilanın birini öldürdükdən sonra, digər ilan həyətdəki uşağa xəsarət yetirmək istəyib.

Məhəmməd Həsrətov (kənd sakini): “Qaz çığırdı, biz elə bildik pişikdir. Yaxınlaşıb gördük ki, ilan qazı tutmaq istəyir. Onu öldürdük, sonra ikinci ilan çıxıb həyətdəki uşağa hücum etmək istədi. Onu da öldürdük. Balaları dünən çıxmışdı, biz çatana kimi yuvalarına girdi”.

Kənd sakinlərinin sözlərinə görə, ilanların bu vaxt çıxmasına əsas səbəb ermənilərin təmas xəttində törətdikləri yanğınlar və tez-tez atəşkəsi pozmalarıdır.

Anar
Gununsesi.info