Belçikalı avtomobil dizayneri, keçmişdə BMW şirkətinin rəhbəri olmuş Pyer Leklerk Rusiya vətəndaşlığını alıb.
Gununsesi.info xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin tərəfindən imzalanan fərman rəsmi hüquqi informasiya portalında dərc edilib.
Sənəddə deyilir: “Aşağıdakı şəxslər Rusiya Federasiyasının vətəndaşlığına qəbul edilsin: 29 iyul 1972-ci ildə Belçikada anadan olmuş Leklerk Pyer”.
Qeyd edək ki, Leclercq karyerasına müxtəlif avtomobillər dizayn edən Zagato şirkətində başlayıb. Şirkətin mütəxəssisləri həmçinin bir neçə Ferrari, Alfa Romeo, Aston Martin və digər modellərin dizaynlarından da məsuldurlar.
Belçikalı dizayner 2000-ci ildən 2013-cü ilə qədər BMW-də çalışaraq BMW X5 və X6 krossoverlərinin dizaynlarını hazırlayıb. Daha sonra Çin avtomobil istehsalçısı Great Wall Motors-a, daha sonra isə Cənubi Koreyanın KIA şirkətinə keçib.
Maqsud












