Aztelekom-un internet xidmətindən şikayət: “Artıq 2 aydır internet tez-tez kəsilir”

  • Müəllif: Orxan
  • 20 İyul 2026 21:19

Aztelekom-un internet xidmətindən istifadə edən vətəndaş uzun müddətdir davam edən internet problemlərindən narazılığını ifadə edib.

Gununsesi.info xəbər verir ki, onun sözlərinə görə, artıq iki aydan çoxdur ki, internet bağlantısı tez-tez kəsilir.

İstifadəçi bildirib ki, mobil interneti daim aktiv olduğu üçün problemi əvvəlcə gec hiss etsə də, son vaxtlar kəsintilər o qədər intensivləşib ki, normal internet istifadəsi demək olar, mümkünsüz olub.

Şikayətçi qeyd edib ki, məsələ ilə bağlı dəfələrlə Aztelekom-un çağrı mərkəzinə müraciət etsə də, hər dəfə ona “profilaktik tədbirlər aparılır” cavabı verilib.

Onun fikrincə, bu cür cavablar problemin həllinə kömək etmir və müştərilər uzun müddət keyfiyyətsiz xidmətlə üz-üzə qalırlar.

Elmar

Gununsesi.info