“Sabah” – “Orhus” matçı bu telekanalda yayımlanacaq

  • Müəllif: Orxan
  • 11 Avqust 2026 13:04

Bu gün UEFA Çempionlar Liqasında azarkeşlərin böyük maraqla gözlədiyi bir sıra qarşılaşmalar keçiriləcək.

Gununsesi.info xəbər verir ki, Azərbaycanda əsas diqqət təbii ki, “Sabah” – “Orhus” matçına yönəlib.

Komandamız Bakıda Danimarka çempionuna qalib gəlməlidir. Tərəflər arasında Danimarkada keçirilən ilk matçda “Orhus” 2:1 hesablı qələbə qazanıb.

Saat 20:00-da keçiriləcək görüşü fransalı hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, “Bank Respublika Arena”da keçiriləcək matç İctimai Televiziyada yayımlanacaq.

 

Gununsesi.info