TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda keçiriləcək

  • Müəllif: Firuzə
  • 20 Avqust 2026 21:05

Türk Dövlətləri Təşkilatının (TDT) Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşünün Bakıda keçirilməsi planlaşdırılır.

Gununsesi.info xəbər verir ki, görüşün 16-18 sentyabr tarixlərində baş tutacağı gözlənilir.

Görüş çərçivəsində Türk dövlətləri arasında təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, regional təhlükəsizlik məsələləri və qarşılıqlı maraq doğuran digər mövzuların müzakirə olunacağı proqnozlaşdırılır.

Qeyd edək ki, TDT üzv dövlətlərin təhlükəsizlik şuraları katiblərinin IV iclası ötən il Bişkekdə baş tutub.

Gununsesi.info