İlham Əliyev Özbəkistanın yüksək dövlət ordeni ilə təltif edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının “Ali Dostluq Dərəcəsi” ordeni ilə təltif edilib.

Gununsesi.info  xəbər verir ki, bununla bağlı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Sərəncam imzalayıb.

Mükafatlandırma mərasimi Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində Daşkənddə baş tutub.