Əfqanıstanda 33 İŞİD-çi öldürülüb

  • Müəllif: admin
  • 27 Mart 2017 14:15

unnamed (11)
Əfqanıstan Hərbi Hava Qüvvələrinin ölkənin şərqində həyata keçirdiyi hava əməliyyatı nəticəsində xeyli sayda İŞİD silahlısı məhv edilib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Əfqanıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, Əfqanıstan Hərbi Hava Qüvvələri tərəfindən dünən Qəndaharın Kot və Bati Kot mahallarında İŞİD-də aid hədəflər hava zərbələri endirilib. Əməliyyatlar nəticəsində 33 İŞİD-çi zərərsizləşdirilib.

Qeyd edək ki, Qəndaharın Açin və Kot mahalları İŞİD-in qalası olaraq bilinir.

Anar
Gununsesi.info