Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcəklər - MOSKVADA

  • By admin
  • 27 Mart 2017 17:34

elmarmemedyarov_nalbandyan

Azərbaycan və Ermənistan xarici işlər nazirləri hər iki ölkə prezidentinin görüşünün təşkili məqsədilə görüşəcəklər.

Gununsesi.info xəbər verir ki, APA-nın “İnterfax”-a istinadən verdiyi məlumata görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland İrəvanda keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, hər iki ölkə prezidentinin görüşü üçün uyğun şəraitin yaradılması məqsədi ilə müəyyən işlər aparılır: “İki ölkənin xarici işlər nazirləri prezidentlərin görüşünün təşkili üçün yaxın gələcəkdə, yəni bir aydan daha tez müddətdə Moskvada görüşəcəklər”.

Gununsesi.info