Salyanda ağır qəza - Beş nəfər xəsarət aldı

  • Müəllif: Firuzə
  • 03 Sentyabr 2026 09:40

Salyanda 5 nəfərin xəsarət alması ilə nəticələnə yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info “Report”a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Salyan-Şirvan avtomobil yolunun rayonun Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Zəncirvari qəza zamanı “Infiniti”, “Mazda” və VAZ-2107 markalı avtomobillər və mikroavtobus toqquşub.

İlkin məlumata görə, hadisə nəticəsində Qaraçala qəsəbə sakinləri – Nemət İbrahim oğlu İsmayılov, Ərəstun Ramazan oğlu Əhmədov və daha üç nəfər xəsarət alıb. Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info