Bakıda məhkuma aid silah-sursat aşkarlandı

  • Müəllif: Firuzə
  • 07 Sentyabr 2026 13:09

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.

Ədliyyə Nazirliyindən Gununsesi.info-ya verilən xəbərə görə, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 6 ünvanında yerləşən köhnə zavodun hasarının yaxınlığındakı ərazidə torpağa basdırılaraq gizlədilmiş 1 ədəd “Kalaşnikov AKMS” markalı avtomat silah, ona məxsus 2 ədəd daraq və 55 ədəd güllə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info