“Ramiz Mehdiyev işi”nin istintaqında daha kimlər şahidlik edib? - TAM SİYAHI / ÖZƏL

  • Müəllif: Orxan
  • 17 Sentyabr 2026 11:02

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin bir sıra ağır cinayətlərdə ittiham olunduğu cinayət işi üzrə istintaq başa çatıb.

Gununsesi.info-nun əldə etdiyi özəl məlumata görə, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək.

Məlumata görə, iş üzrə ittiham aktında Ramiz Mehdiyevin sabiq köməkçisi Eldar Əmirov da təqsirləndirilən şəxs qismində yer alıb.

Onun  da cinayət işinə də Ramiz Mehdiyevin işi ilə birlikdə baxılacaq.

Məlumatda o da qeyd olunur ki, Ramiz Mehdiyevin oğlu Timur Mehdiyev və kürəkəni İlham Əliyevin adları cinayət işində şahid qismində yer alıb.

Onların da məhkəmədə ifadəsi dinləniləcək.

Əldə etdiyimiz son məlumata görə isə, sözügedən işdə cəmiyyət tərəfindən çox da populyar olmayan şəxslərin də adı yer alıb.

Gununsesi.info həmin şəxslərin tam siyahısını təqdim edir:

Şahid – MEHDİYEV TEYMUR RAMİZ
Şahid – KƏRİMOV ELŞƏN MƏHİYƏDDİN
Şahid – MƏMMƏDOV SƏRDAR CƏLAL
Şahid – MƏMMƏDOV RASİM HİKMƏT OĞLU
Şahid – KAZIMOV RAFİQ HİDAYƏT OĞLU
Şahid – MAHMUDOVA TÜKAZBAN AĞA QIZI
Şahid – MEHDİYEVA NİGAR İSMAYIL QIZI
Şahid – ƏLİYEV FAZİL FƏRHAD OĞLU
Şahid – QASIMZADƏ NƏRGİZ RAMİZ QIZI
Şahid – NAMAZOV ELDAR SAQİF OĞLU
Şahid – ƏLİYEV NƏBİ ADİL
Şahid – İSMAYILOV ELDƏNİZ LƏTİF OĞLU
Şahid – QARAYEV RÖVŞƏN ŞİRİN OĞLU
Şahid – ATAKİŞİZADƏ KÖNÜL RÜSTƏM QIZI
Şahid – SADİQ RZA İSMAYIL OĞLU
Şahid – MƏMMƏDOV CƏFƏR HÜSEYN OĞLU
Şahid – İBRAHİM MƏMMƏD ƏZİZ
Şahid – KƏRİMOV ALLAHVERDİ RÜFƏT
Şahid – VƏLİYEV NAMİQ ƏDALƏT
Şahid – ƏLİYEV İLHAM ƏLİSƏFTƏR
Şahid – ƏLİYEVA KAMİLƏ RAMİZ
Şahid – İSMAYILOVA SEVİL MAHMUD QIZI

Qeyd edək ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 278.1-ci (hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) maddələri ilə ittiham olunur.

Elmar

Gununsesi.info