Gəncədə Dövlət Kukla Teatrının qarşısında bıçaqlanma hadisəsi qeydə alınıb.
Gununsesi.info Teleqraf-a istinadla xəbər verir ki, 1976-cı il təvəllüdlü Zaur Mustafayev bıçaqlanma diaqnozu ilə xəstəxanalardan birinə yerləşdirilib. Adıçəkilən şəxs teatrda mühafizəçi işləyir.
İlkin məlumata görə, onu 15 yaşlı yeniyetmə bıçaqlayıb.
Faktla bağlı araşdırma başlanılıb.











