Neft terminalında yanğın nəticəsində 17 nəfər xəsarət alıb

  • Müəllif: admin
  • 30 Mart 2017 07:20

neft terminali yangin

Meksikanın dənizdə yerləşən neft terminalında yanacağın alışması nəticəsində 17 nəfər yaralanıb.

Gununsesi.info-nun “Moskovskiy Komsomoleç” qəzatinə istinadən verdiyi məlumata görə, bu barədə “Pemex” neft şirkəti məlumat yayıb.

“İnsident nəticəsində Madero dəniz terminalında (Tamaulipas ştatı) 17 fəhlə yüngül yaralanıb, onlara artıq tibbi yardım göstərilib”, — deyə “Pemex”in “Twitter” mikrobloqunda bildirilir.

Gununsesi.info