64 yaşlı maşın 70 minə satılır - ŞOK QIYMET (FOTO+VİDEO)

  • Müəllif: admin
  • 31 Mart 2017 11:25

unnamed (16)

Qusarda satışa çıxarılan “QAZ-12” markalı avtomobilin nə az nə çox düz 64 yaşı var.

Gununsesi.info ARB TV-yə istinadən xəbər verir ki, avtomobil sahibi Gülmət Şahbazovdan cəmi1 yaş kiçikdir. 70 min manata satılan avtomobilə ölkəmizdə nadir rast gəlinir. Sahibi onu 29 il öncə Qubadan 3 min rubla alıb. Lakin maşın ötən ilə qədər istifadə olunmayıb. Avtomobil 1 il ərzində sahibi tərəfindən saz vəziyyətə gətirilib.

Avtomobilin sahibi Gülmət Şahbazov: “Atam xoşlayırdı. Ona görə atama almışdım. Atam rəhmətə gedəndən sonra dedim qoy belə qalmasın, düzəltdim”.

Maşın ustası olan Gülmət Şahbazov avtomobildə çox cüzi dəyişiklik edib. O motor, oturacaqlar və təkərləri dəyişdirib. “QAZ-12”-nin əksər dettaları isə elə zavoddan buraxıldığı gündən bu vaxta kimi qalmaqdadır. 2 ton 700 kq çəkiyə malik avtomobilin uzunluğu 6 metrdir. “QAZ-24” motoru ilə təchiz olunan maşın 95 at gücünə malikdir. Buraxılışının ilk illərində “QAZ-12” yüksək vəzifəli məmurların xidməti maşını olub.

Retro maşınlara rəğbət bəsləyən Gülmət Şahbazov “QAZ-12”ni satdıqdan sonra digər qədim avtomobilinə ikinci nəfəs vermək niyyətindədir. O, 1948-ci ildə buraxılan “Pobeda”sını da təmir edərək sükanı arxasına əyləşmək istəyir.

unnamed (15)

https://www.youtube.com/watch?v=i4TzQ2S3Pc8

Anar
Gununsesi.info