“İstənilən an hərbi toqquşma baş verə bilər” - POLİTOLOQ

  • Müəllif: admin
  • 31 Mart 2017 17:59
ateskes
“Aprel döyüşlərindən bir il keçməsinə baxmayaraq , Qarabağ münaqişəsinin tənzimlənməsində vəziyyət həddən artıq təhlükəli mərhələdədir. Beynəlxalq aləm  ya  müharibəni gözləməlidir, ya da  münaqişənin həllində diplomatik şok terapiya yolunu seçməlidir”.
 Gununsesi.info xəbər verir ki, bu fikri tanınmış politoloq Lourens Broers “Chatham House” informasiya portalında yazıb.
 L.Broers  bildirib ki, son bir ildə Qarabağ münaqişəsinin tənzimlənməsində  hər hansı proqressə nail olunmayıb, əksinə, vəziyyət həddən artıq gərginləşib, təhlükəli bir həddə çatıb:
“İstənilən an hərbi toqquşma baş verə bilər”.
Məqalə müəllifi hesab edir ki, əgər ATƏT  öz ərazisində belə genişmiqyaslı münaqişəni həll etməyə hazır deyilsə, o zaman təcili olaraq  beynəlxalq  aləmin səyi ilə  münaqişənin sülh yoluyla həlli yönündə alternativ strategiyanı hazırlamalıdır.
Mürtəza
Gununsesi.info