Qadın səhvən sirkə turşusu içib zəhərlənib

  • Müəllif: admin
  • 01 Aprel 2017 07:00

tecili yardim

Şəmkir rayon sakini sirkə turşusundan zəhərlənib.

Gununsesi.info xəbər verir ki, rayonun Bayramı kənd sakini, 1976-cı il təvəllüdlü Səmədova Ruhiyyə Eyvaz qızı sirkə turşusundan zəhərlənmə əlaməti ilə rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Yaxınlarının dediyinə görə, R.Səmədova səhvən sirkə turşusunu içərək zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info