Sankt-Peterburqda üçgünlük matəm elan edilib

  • Müəllif: admin
  • 03 Aprel 2017 19:20

8f58ec5c-f47e-46a5-bb40-52cfd7db04e0_292

 

Sankt-Peterburq metrosunda baş vermiş partlayışlardan sonra şəhər Administrasiyası aprelin 4-dən etibarən üçgünlük matəm elan edib.

“Report”un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə “Twitter” səhifəsində şəhər qubernatorunun mətbuat katibi Andrey Kibitov bildirib.

“Sankt-Peterburqun qubernatoru Georgiy Poltavçenkonun göstərişinə əsasən, sabahdan etibarən şəhərdə üçgünlük matəm elan edilir”, – məlumatda deyilir.

 

Gununsesi.info