Bu yol bağlanır – Diqqətli olun

  • By admin
  • 03 Aprel 2017 19:10

 1491233575-9197

 

Formula-1 yarışının Azərbaycandakı təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) bu il iyunun 23-dən 25-dək keçiriləcək Azərbaycan Qran-Prisinə hazırlıqla əlaqədar Bakı trekinin keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işlərini davam etdirir.

“Qafqazinfo”ya daxil olan məlumata görə, Zərifə Əliyeva küçəsinin Bülbül prospekti ilə Rəsul Rza küçəsi arasındakı hissəsində aprelin 3-dən etibarən bir neçə gün ərzində yalnız gecə saatlarında (22:00-dan 06:00-dək) yolun kənarına baryerlər quraşdırılacaq.

Paytaxt sakinlərindən göstərilən müddətdə trekin bu hissəsində avtomobilləri saxlamamaq xahiş olunur. Əks halda işin fasiləsiz gedişinə maneə yaradan nəqliyyat vasitələri evakuatorla yaxın ərazidəki parklanma yerlərinə aparılacaq.

 

Gununsesi.info