Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Vladimir Putinə başsağlığı məktubu göndərib.
Gununsesi.info xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
“Hörmətli Vladimir Vladimiroviç.
Sankt-Peterburq metrosunda baş vermiş partlayış nəticəsində insan tələfatı haqqında xəbər məni dərindən sarsıtdı.
Biz heç bir təqsiri olmayan dinc vətəndaşlara qarşı yönəlmiş hər bir əməli qətiyyətlə pisləyirik.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Zərərçəkmişlərin hamısının tezliklə sağalmasını arzu edirəm”, – məktubda qeyd edilir.
Gununsesi.info












