
“Çoxmərtəbəli binaların əksəriyyətində qanunsuz kabel yayımı ilə məşğul olan şəxslər var”.
Gununsesi.info-nun məlumatına görə, bunu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin iclasında “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsinin müzakirəsi zamanı Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.
MTRŞ sədrinin sözlərinə görə, belə hallar xeyli saydadır:
“Dəfələrlə bu məsələni qaldırmışıq. “Kabel şəbəkəsi yayımı” haqqında yeni hazırlanan qanun layihəsi əsasında buna qarşı mübarizə aparmaq istəyirik. Bununla bağlı hüquq-mühafizə orqanlarına, Vergilər Nazirliyə müraciət etmişik, amma nəticə yoxdur. Bizim də ayrı-ayrılıqda hər bir evə girmək səlahiyyətimiz yoxdur. Amma bu qurumlar bu işin öhdəsindən gələ bilərlər”-deyə, o, sonra sözlərinə əlavə edib.
KAMİL
Gununsesi.info











