
“Ey böyük Türk Dünyasının ziyalıları, Nadir Axundov keçən dövr Azərbaycanda muğam musabiqəsində canlı olaraq bir aşıq dəlalalını “İran Aşıqlarının nimayənsəsi” kimi təqdim elədi. Bilirsiniz niyə? Çünki o dəllaldan 500 manat almışdı!!!”
Bu sözlər İran Aşıqlar Birliyinin qurucusu və sədri Aşıq Səlduq Şəhbazinin Gununsesi.info-ya ünvanladığı məktubunda öz əksini tapıb.

Məktubda deyilir:
“Mən o musabiqə canlı gedə- gedə İrandan zəng açdım və etiraz elədim, dedim ki, ay qardaş, o çobanı necə Təbriz aşıqlarına rəhbər kimi təqdim elədin? Amma mənə cavab vermədi… Həmin ildən də bəri Nadir Axundov “İran Aşıqlar Birliyi”nin qəsdinə girib.
Mən “İran Aşıqlar Birliyi”nin sədri məqamında etiraza haqqım varıdı, ya yox? Bu iddiama sənədim də var. Nadir Axundov 500 manata İranda 2000 aşığı satdı və bu gün də baxın görun Azərbaycanda Nadir haqqda nə sözlər dildən- dilə gəzir?! Bu yaxınlarda elə o dəlalının vasitəsilə Nadir İran aşıqlarından pul alır, Azərbaycanın dövlət televiziyasında onlara çıxış şəraiti yaradır. Bunu sübut etmək üçün də əlimdə faktım- sənədim var”.
Məktubda iddia olunur ki, N. Axundov bu “işdə” tək deyil, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı ilə şərikdilər:

“Bunu da sübut etmək üçün faktım-sənədim var. Kimdə 500 manat olsa versin Nadir Axundov ilə Məhərrəm Qasımlının “AŞIQ DƏLIALI”NA və Nadir də onu AzTv- də, yada muğam musabiqəsində İran Aşıqlarının rəhbəri kimi təqdim eləsin!!!
Kim kimədi ki?! Artıq “İran Aşıqlar Birliyi”-nin səbri tükənib. Tükənib ki, öz dərdini böyük Azərbaycan xalqı ilə bölüşür. Çünki Azərbaycan xalqından yaxın bir yaxınımız yoxdur dərdimizi deyək!
Çox hörmətli Xalqımız!
Qulluğunuza çatdırmaq istiyirəm ki, bir rəsmi olaraq Azərbaycandakı telekanallarının hamısına rəsmi şəkildə muraciət etdik və ərizələr yazdıq, hətta, məcbur qaldıq əlimizlə apardıq verdik. Amma sonralar bildik ki, Nadirlə Məhərrəm Qasımlı “dovşana deyir qaç, tazıya tut”.
Ey böyük Xalqımız!
İran Aşıqlar Birliyi yaranandan Məhərrəm Qasımlı ilə Narir Axundovun cənubdan rüşvət əlləri qurumuşdu. Neyləmək lazım idi? Bəli, gərək arada bir dəllal olsun və bu iki adama pul çıxartsın…
Amma buna inanırıq ki, bir tərəfdə Haqq var, bir tərəfdə nahaqq. Haqqla nahaqqı da xalqımız tanıyacaq və Tanrı da haqqın tərəfindədir…”
Gununsesi.info












