BMT Türkiyə, Rusiya, ABŞ və İrana təcili çağırış etdi

  • Müəllif: admin
  • 06 Aprel 2017 23:17

bmt_tarixi

BMT Suriyada 72 saatlıq atəşkəs olması üçün Türkiyə, Rusiya, ABŞ və İrana yardım çağırışı edib.

Gununsesi.info-nun sputnik-ə istinadən verdiyi xəbərə görə,  BMT-nin belə bir çağırış etməsinə səbəb, Bəşər Əsəd rejiminin İdlib əyalətində kimyəvi silahdan istifadə etməsidir.

Xatırladaq ki, aprelin 4-ü səhərə yaxın İdlibin Xan Şeyhun bölgəsinin bombalanması nəticəsində 11-i uşaq olmaqla 100-dən çox sivil ölüb, 500-ə yaxın insan isə kimyəvi bombadan zəhərlənib.

Gununsesi.info