Ajda Pekkan səhnəyələ vidalaşır

  • Müəllif: admin
  • 08 Aprel 2017 12:34

ajda
Türkiyənin məşhur superstarı Ajda Pekkan musiqi karyerasını yekunlaşdırması barədə məlumat yayıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, 1964-cü ildə çıxardığı “Hər yerdə qar var” albomundan bu yana səhnələrdə olan və adını qızıl hərflərlə musiqi dünyasına yazdıran sənətçi aktiv sənət həyatına vida etmə qərarına gəlib.

Hazırda Türk pop musiqisinin əfsanələrindən sayılan Ajda Pekkan musiqi karyerasını 53-cü ilində yeni mahnılar yazdırmaq üçün Türkiyənin məşhur “Enbe orkestri” qrupunun rəhbəri Behzat Gerçekeə ilə işbirliyinə başlayıb.

Belə ki, Ajda Pekkan Ozan Çolakoğlunun Ulusda yerləşən studiyasında üzərində işlədiyi axırıncı albomunu mayın sonunda tamaşaçılara təqdim etməyi düşünür. 71 yaşındakı sənətçi bu albomla musiqi karyerasına nöqtə qoyacaq.

Qeyd edək ki, 1968-ci ildə ilk albomunu çıxaran Ajda Pekkan indiyədək 19 alboma imza atıb. Süperstar çıxardığı hər albomu ilə Türk pop musiqisinə öz töhfəsini verib.

Anar
Gununsesi.info