
Sürücüsüz avtobusların mövcud olacağı dövr yaxınlaşmaqdadır. Bunu London küçələrində heç bir insan müdaxiləsi olmadan hərəkət edən avtobuslar sübut edir.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, hələ ki sınaqdan keçirilən bu ictimai nəqliyyat vasitələrinin istifadəyə veriləcəyinə ümid bəslənilir.
Önümüzdəki üç həftə ərzində sınaqdan keçirilməsi nəzərdə tutulan sürücüsüz avtobuslar əvvəlcədən müəyyən edilmiş yol ilə gedəcək və 100 nəfər sərnişin daşıyacaq.
Bu nəqliyyat vasitəsindən istifadə etmək üçün yalnız sıra gözləmək kifayət etmir. Sınaqlar zamanı avtobusa minmək üçün əvvəlcədən müraciət etmək lazımdır. Artıq mindən çox insanın sürücüsüz avtobusların sınaqlarında iştirak etmək üçün müraciət etdiyi bildirilib.
Nigar
Gununsesi.info











