
Azərbaycanın “Başak İnam” sığorta şirkətinin gələcək taleyinə dair son qərar bazar ertəsi aprelin 10-u məlum olacaq.
Gununsesi.info trend-ə istinadən xəbər verir ki, dünən sığorta şirkətinin səhmdarlarının ümumi yığıncağı keçirilib, yığıncaqda şirkətin gələcəyi və onun mümkün ləğvi müzakirə olunub.
“Başak İnam”-dan bildiriblər ki, hazırda sığorta şirkətinin gələcəyində dair bir neçə variant nəzərdən keçirilir.
Sığorta şirkətində məsələni belə şərh ediblər: “Bir neçə variantımız var. Yekun qərar gələn həftə elan edəcək, lakin artıq indi demək olar ki, biz Azərbaycanın sığorta bazarında digər şirkəti ilə birləşməyəcəyik”.
Gununsesi.info











