
Karla Russel və Deyl Şarp birlikdə 30-dan çox ölkə gəzən cütlükdür. Onlar, demək olar ki, hər il şimal işıqlarını görməyə gedirlər. Cütlük üçün özəl olan bu yerdə Deyl Karlaya evlilik təklifi etmək istəyir. Lakin qeyri-adi evlilik təklifi onun başına gələn uğursuz və gülməli bir hadisə kimi yadda qalır.
Bu, Deylin Karlaya ilk evlilik təklifi cəhdi deyil.
Belə ki, Deyl İslandiyaya getmək üçün hazırlaşdıqları zaman evlənmə təklifi üçün 4 min dollara aldığı üzüyü nəmləndirici krem şüşəsinin içərisinə, onu da çantaya qoyub. Yola çıxdıqları zaman çantanın ağır olduğunu düşünən Karla oradakı lazımsız əşyaları tullamağa qərar verib. O, üzüyün qoyulduğu krem qabını da atıb. Bundan xəbərsiz olan Deyl İslandiyaya çatdıqları gündən etibarən hər yerdə üzüyü axtarıb. Ən sonda o, Karladan kremi soruşduqda Karla onu hava limanında tulladığını bildirib.
Bir müddət sonra gənc səyyah pul yığaraq ikinci üzüyü alıb. Evlənmə təklifindən xəbərsiz olan Karla Skandinaviyaya getdikləri zaman orada şimal işıqlarının altında qeyri-adi evlənmə təklifi ilə üzləşib. Deyl, nəhayət, “hə” cavabını ala bilib.

Nigar
Gununsesi.info









