10 min adam öldü, 3 milyon evsiz qaldı –  ABŞ

  • Müəllif: admin
  • 19 Aprel 2017 19:12

mattis

 

Yəmən savaşı həll edilməlidir.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Müdafiə naziri Ceyms Mattis jurnalistlərə açıqlaması zamanı söyləyib.

“Uzun zamandır Yəməndə savaş davam edir. Nəticədə ən azı 10 min adam ölüb, 3 milyondan çox adam evsiz qalıb. Bu problemi həll etmək lazımdır. Bu mövzuda BMT-nin rolu çox böyükdür. Təşkilatın vasitəçiliyi ilə yenidən müzakirələr aparılmalıdır”.

Xatırladaq ki, ABŞ Müdafiə naziri Ceyms Mattisin 17 apreldən ABŞ hərbi ittifaqını təkrarlamaq, radikal terror təşkilatlarına qarşı iş birliyi həyata keçirmək üçün Səudiyyə Ərəbistanı, Misir, İsrail, Qatar və Cibutiyə səfəri başlayıb. Turne 23 apreldə başa çatacaq.

 

Gununsesi.info