İngiltərə parlamenti erkən seçkiləri dəstəklədi

  • Müəllif: admin
  • 19 Aprel 2017 20:48

1492617477-2866

Böyük Britaniya parlamentinin deputatları baş nazir Tereza Meyin erkən parlament seçkiləri ilə bağlı qərarını böyük səs çoxluğu ilə qəbul edib.

Gununsesi.info-nun “Reuters”ə istinadən verdiyi xəbərə görə, palatanın 522 üzvü iyunun 8-də keçiriləcək seçkilərin lehinə, 13-ü isə əleyhinə səs verib.

Qeyd edək ki, Böyük Britaniya parlamenti erkən seçkilərdən bir neçə gün öncə, mayın 3-də gecə saatlarında buraxılacaq.

Gununsesi.info