
Ata 11 aylıq qızını facebook-un canlı yayınında amansızlıqla qətlə yetirib.
Gununsesi.info-nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, sözügedən hadisə Taylandda baş verib.
Qeyd olunur ki, o, bunu sevgilisi ilə dalaşdıqdan sonra edib. 20 yaşlı Vuttisan Vonqtalay 21 yaşlı sevgilisi Jiranuçu onu aldatmaqda günahlandırıb. Onlar dalaşdıqdan sonra oğlan Jiranuçdan olan 11 aylıq qızını da götürərək qaçıb.
Vuttisan uşağını qucağına alaraq binanın başına çıxıb və burada canlı yayım edib. Beləliklə, ata qızını qətlə yetirib və bunu facebook-un canlı yayınında paylaşıb. Daha sonra körpənin cəsədini binanın başından asıb.
Facebook-dakı bu videonu görən qadın dəhşətə gəlib. O, dərhal polisə xəbər verib. Polislər hadisə yerinə gəldikdə kişinin artıq özünü də ökdürdüyünü görüblər.


Gununsesi.info











