Milli Şuranın mitinqində iştirak edənlər cəzalandı – 48 nəfər işdən qovuldu

  • Müəllif: admin
  • 25 Aprel 2017 20:34

 1491322886-5442

 

Milli Şuranın 8 aprel tarixli mitinqində iştirak edənlərin bir qismi cəzalandırılıb.

Gununsesi.info musavat.con-a istinadən xəbər verir ki, 8 aprel mitinqində iştirak edənlərin foto və video görüntüləri əsasında artıq çox kəskin cəza tədbirləri həyata keçirilib.

Qeyd edək ki, bu barədə sayt 19 aprel tarixində məlumat yaymışdı.

Həmin məlumatda iddia olunurdu ki, Milli Şuranın 8 aprel tarixli mitinqlərində iştirak edənlərə qarşı təqib və təzyiq prosesinə start verilib. Belə ki, mitinqdə iştirak edən kontingent polis və xüsusi xidmət orqanları tərəfindən video və foto görüntülərə alınıb.

Həmin video-foto görüntülər əsasında xüsusi yaradılmış qrup büdcə təşkilatlarında işləyənləri və tələbələri təsbit edib. Artıq, kimliyi müəyyən edilən müəllim və tələbələrin, o cümlədən, mənzil istismar sahələri əməkdaşlarının cəzalandırılması yekunlaşıb.

 

Gununsesi.info