
Ucarda yanğınla nəticələnən yol qəzası baş verib.
Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ucar rayonu, Müsüslü kəndində vətəndaşlara məxsus “Hyundai” markalı minik avtomobili ilə “Kamaz” markalı yük avtomobilinin toqquşmasından yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Həmçinin, Bərdədə yanğın hadisəsi qeydə alınıb.
Məlumata görə, Bərdə rayonu, Xanağalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 84 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikili yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yanğın nəticəsində “Hyundai” markalı minik avtomobilinin qabaq buferi və salonu yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Eyni zamanda, Gəncədə də yanğın hadisəsi qeydə alınıb.
FHN-dən verilən xəbərə görə, Gəncə şəhəri, Kəpəz rayonunda ümumi sahəsi 50 m2 olan taxta konstruksiyadan ibarət 2 otaqlı köməkçi tikilinin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 23:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gununsesi.info












