Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait AÇIQLANDI

  • Müəllif: admin
  • 01 May 2017 10:12

manat_dollar_avro

Silahlı Qüvvələrə Yardım Fonduna mayın 1-dək daxil olan vəsaitin miqdarı açıqlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info verilən məlumata görə, 2017-ci il mayın 1-dək fonda 81.662.003,27 AZN, 212.673,88 ABŞ dolları, 7136,0 avro və 5000,0 rubl vəsait daxil olub.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli fərmanı ilə yaradılıb.

Gununsesi.info