Kürdə suyun səviyyəsində azalma müşahidə olunur

  • Müəllif: admin
  • 01 May 2017 12:30

06

Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-90, Kiçik Qafqazın çaylarında 30-90, Lənkəran-Astara bölgəsi çaylarında isə 10-50 faizini təşkil edir.

Gununsesi.info-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mayın 1-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 295 m3/s olmaqla ongünlük normanın 41 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 468 m3/s olmaqla ongünlük normanın 65 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 130 m3/s olmaqla, ongünlük normanın 66 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 147 m3/s təşkil edərək ongünlük normanın 74 faizinə bərabər olub.

Mayın 1-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Şirvanda 2, Salyanda və Araz çayının Novruzlu məntəqəsində 5 sm azalma, Bankədə isə 2 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 355 sm (2016-cı il mayın 01-də 387 sm), Şirvanda 215 sm (2016-cı il mayın 01-də 243 sm), Salyanda 140 sm (2016-cı il mayın 01-də 213 sm), Bankədə 171 sm (2016-cı il mayın 01-də 182 sm), Araz çayının Novruzlu məntəqəsində isə 58 sm (2016-cı il mayın 01-də 93 sm) təşkil edir.

Anar

Gununsesi.info