Liftin qırılması nəticəsində öldüyü deyilən bəylə bağlı yeni xəbər var - VİDEO

  • Müəllif: admin
  • 01 May 2017 12:58

litf

Səhiyyə Nazirliyi toy günü liftin qırılması nəticəsində bəyin ölməsi xəbərinə münasibət bildirib.

Gununsesi.info-nun xəbərinə görə, bu haqda nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib. O bildirib ki, yayılan məlumatlar əsassızdır.

Onun sözlərinə görə, Bakı şəhəri, Nəsimi rayonunda liftdə baş verən qəza zamanı hadisə yerinə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları çağırılıb:

“Hadisə zamanı 8 nəfərə baxış keçirilib. Yalnız onlardan iki nəfəri yüngül xəsarət alıb, biri yaşlı kişi olub. Həmin şəxs hadisə zamanı hipertonik kriz keçirib. Ayağından yüngül xəsarət alan bəy Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən sarğılanaraq toyuna yola salınıb. Bir sözlə, hadisə zamanı ölən və ciddi xəsarət alan olmayıb”.

Qeyd edək ki, “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən hündürmərtəbəli yaşayış binalarından birində lift qırılıb. Hadisə zamanı bəyin öldüyü deyilib. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nəsimi rayonunda 11 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə də məlumat yayıb. Məlumatda bildirilir ki, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşların çıxmasına şərait yaradıblar. Əməliyyat saat 19:24-də başa çatıb.

https://www.youtube.com/watch?v=5nHWDhwG4Lw

Gülnaz Qənbərli

Gununsesi.info